BakuPulse tərəfindən təşkil olunan Quba Palace Run Azərbaycanın ən füsunkar məkanlarından biri olan Quba Palace Hotel & Golf Club ərazisində uğurla keçirildi. Tədbir ölkənin müxtəlif bölgələrindən gələn 160-dən çox qaçış həvəskarını bir araya gətirərək iştirakçılara idmanla yanaşı, Qubanın zəngin təbiətini, qonaqpərvərliyini və unikal atmosferini yaxından yaşamaq imkanı yaratdı.
Yarış marşrutu Azərbaycanın möhtəşəm qolf meydançası, göllər və dağ mənzərələri boyunca təşkil olunaraq iştirakçılara klassik şəhər qaçışlarından fərqli, ilhamverici bir təcrübə təqdim etdi. Quba Palace Hotel & Golf Club-un müasir infrastrukturu və təbii landşaftı tədbirin əsas üstünlüklərindən biri oldu.
Tədbirin uğurla həyata keçirilməsində tərəfdaşların dəstəyi mühüm rol oynadı. Quba üzrə Karyera və İnkişaf Mərkəzi, Red Bull, Dəyərlisən, Birmarket, Badamlı və Quba üzrə Gənclər və İdman Şöbəsi iştirakçıların yüksək səviyyəli tədbir təcrübəsi yaşamasına öz töhfələrini verdilər.
Tədbirdən sonra keçirilən iştirakçı sorğusunun nəticələrinə əsasən, ümumi məmnunluq göstəricisi 5 üzərindən 4.12 baltəşkil etdi. Bu nəticə iştirakçıların tədbirin təşkilini, marşrutu və ümumi atmosferini yüksək qiymətləndirdiyini göstərir.
BakuPulse-un təsisçisi Yaqub Qurbanovun sözlərinə görə:
"Bizim məqsədimiz yalnız qaçış təşkil etmək deyil. BakuPulse vasitəsilə insanları bir araya gətirən, Azərbaycanın regionlarını tanıdan və hər tədbiri unudulmaz bir təcrübəyə çevirən platforma qururuq. Quba Palace Run da bu baxışın uğurlu nümunələrindən biri oldu. İnanırıq ki, belə təşəbbüslər həm sağlam həyat tərzinin təşviqinə, həm də region turizminin inkişafına mühüm töhfə verir."
BakuPulse qarşıdakı aylarda da Azərbaycanın müxtəlif bölgələrində yeni qaçış tədbirləri təşkil etməyi planlaşdırır və hər bir tədbirdə iştirakçılara yalnız yarış deyil, uzun müddət yadda qalacaq unikal təcrübələr təqdim etməyi hədəfləyir.
Quba Palace Run: More Than Just a Run
Organized by BakuPulse, Quba Palace Run was successfully held at the stunning Quba Palace Hotel & Golf Club, bringing together more than 160 runners from across Azerbaijan. Beyond the race itself, participants experienced the natural beauty, warm hospitality, and unique atmosphere of the Quba region.
The course led runners through Azerbaijan's spectacular golf course, scenic lakes, and mountain views, offering an inspiring alternative to traditional urban races. The modern infrastructure and breathtaking landscape of Quba Palace Hotel & Golf Club created an exceptional setting for the event.
The success of the event was made possible through the valuable support of our partners, including the Quba Career and Development Center, Red Bull, Dəyərlisən, Birmarket, Badamlı, and the Quba Youth and Sports Department, all of whom helped deliver a memorable experience for every participant.
Following the event, participants were invited to complete a satisfaction survey. The event achieved an overall satisfaction score of 4.12 out of 5, reflecting the positive feedback received on the organization, race course, and overall experience.
According to Yaqub Qurbanov, Founder of BakuPulse:
"Our goal is not simply to organize running events. Through BakuPulse, we are building a platform that brings people together, showcases the diverse regions of Azerbaijan, and transforms every event into a memorable experience. Quba Palace Run became another successful example of this vision. We believe that initiatives like this promote healthier lifestyles while also contributing to the development of regional tourism."
BakuPulse will continue organizing running events across different regions of Azerbaijan, creating experiences that go beyond competition and leave participants with lasting memories.