🏃♂️🇦🇿 14 iyun tarixində The Baku Pulse təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində Azərbaycan Qaçış Mədəniyyəti Forumu keçirildi.
🎤 Forumun rəsmi açılışını edən The Baku Pulse-un təsisçisi Yaqub Qurbanov qeyd etdi:
"Biz hər zaman birlikdə qaçırıq, yarışlarda iştirak edirik və yeni marşrutlar kəşf edirik. Bu dəfə isə bir günlük dayanıb geriyə baxmaq, təcrübələrimizi bölüşmək və Azərbaycanda qaçış mədəniyyətinin gələcəyini birlikdə müzakirə etmək üçün bu forum təşəbbüsünü yaratdıq."
📊 Tədbirin ilk hissəsində Azərbaycan Atletika Federasiyasının nümayəndəsi Kənan Məhərrəmov ölkədə qaçışın inkişafı, keçirilən yarışlar və iştirakçı statistikaları haqqında məlumat verdi.
🎙️ Panel sessiyasında:
• Nəzrin Qəribova (Race.az)
• Kemal Bağzıbağlı (Ultra Trail Runners)
• Elşən Quliyev (Zəfər Run Club)
• Namiq Əsədov (Azərbaycan Atletika Federasiyası)
öz təcrübələrini bölüşərək Azərbaycanda qaçış mədəniyyətinin inkişafı ilə bağlı fikirlərini iştirakçılarla paylaşdılar.
☕ Kofe fasiləsindən sonra The Baku Pulse tərəfindən hazırlanan yeni mobil tətbiq təqdim olundu.
📱 "Əraziləri Zəbt Et. Rəqabətə Qoşul." şüarı ilə təqdim edilən tətbiq iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
💡 Forumun praktiki hissəsində Firdovsi Kərimovun rəhbərliyi ilə "Qaçış mədəniyyətini necə formalaşdırmaq olar?" mövzusunda workshop keçirildi. İştirakçılar 7 komandaya bölünərək öz qaçış klublarını yaratdı, onların dəyərlərini, fəaliyyət mexanizmlərini və inkişaf yollarını təqdim etdilər.
📈 Forum 120 qeydiyyat, 70 iştirakçı, 4 spiker və interaktiv workshop ilə yadda qaldı.
🤝 Bu forum göstərdi ki, Azərbaycanda qaçış artıq sadəcə idman deyil. O, insanları bir araya gətirən, sağlam həyat tərzini təşviq edən və yeni icmalar yaradan bir mədəniyyətə çevrilir.
🚀 Məqsədimiz qaçış təşkilatçılarını, klubları, idmançılar və həvəskarları bir platformada toplamaq, təcrübə mübadiləsini təşviq etmək və gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaratmaq idi.
✨ Bu isə yalnız başlanğıcdır.
-
🏃♂️🇦🇿 On June 14, The Baku Pulse organized the Azerbaijan Run Culture Forum at the National Olympic Committee.
🎤 Opening the event, The Baku Pulse Founder Yaqub Qurbanov shared:
"We run together, participate in races, and explore new routes. This time, we wanted to pause for a day, reflect on our journey, share experiences, and discuss the future of running culture in Azerbaijan."
📊 During the first session, Kenan Maharramov from the Azerbaijan Athletics Federation presented insights on the growth of running, race statistics, and participation trends across the country.
🎙️ The panel discussion featured:
• Nazrin Garibova (Race.az)
• Kemal Bagzibagli (Ultra Trail Runners)
• Elshan Guliyev (Zafar Run Club)
• Namig Asadov (Azerbaijan Athletics Federation)
who shared their experiences and perspectives on the development of the running community in Azerbaijan.
☕ Following the coffee break, The Baku Pulse introduced its new mobile application.
📱 Presented under the slogan "Capture Territories. Join the Competition.", the app attracted significant interest from participants.
💡 The practical part of the forum was led by Firdovsi Karimov through a workshop titled "How Can We Build Running Culture?" Participants were divided into seven teams and challenged to create their own running clubs, defining their values, operating models, and growth strategies.
📈 The forum brought together 120 registrations, 70 participants, 4 speakers, and an engaging hands-on workshop.
🤝 The event demonstrated that running in Azerbaijan is becoming much more than a sport. It is evolving into a culture that connects people, promotes healthy lifestyles, and builds strong communities.
🚀 Our goal was to bring together race organizers, running clubs, athletes, and enthusiasts on one platform, encourage knowledge sharing, and create opportunities for future collaboration.