Portfolio

Amburan Kids Run

Bakı, 28 may 2026-cı il — Amburan Beach ərazisində Baku Pulse tərəfindən təşkil olunan “Amburan Kids Run” tədbiri baş tutub. 28 May — Müstəqillik Gününə həsr olunan tədbir uşaqları, valideynləri və ailələri bir araya gətirərək idman, sağlam həyat tərzi və birlik dəyərlərini ön plana çıxarıb.

Tədbirdə ümumilikdə 95 uşaq iştirak edib. İştirakçıların 49-u oğlan, 46-sı isə qız olub. Qaçışlarda 3 yaşdan 12 yaşadək uşaqlar müxtəlif yaş kateqoriyaları üzrə iştirak ediblər. Tədbirə əlavə olaraq 140-dan çox valideyn və müşayiətçi qatılıb.

Qaçış proqramı müxtəlif yaş qrupları üçün xüsusi hazırlanmış məsafələri əhatə edib və iştirakçılar mərhələli şəkildə start götürüblər. Tədbir boyunca ailəvi və enerjili ab-hava hökm sürüb, valideynlər də uşaqlarla birlikdə qaçış və əyləncə proqramlarına qoşulublar.

Tədbirin əyləncə hissəsinə musiqi proqramı, animator oyunları, interaktiv fəaliyyətlər və müxtəlif uşaq zonaları daxil olub. İştirakçılar üçün meyvələr, şirniyyatlar və istirahət imkanları təşkil edilib. Xəzər sahilinin açıq hava atmosferi, qum və dəniz mənzərəsi tədbirə xüsusi dinamika və həyat tərzi elementi qatıb.

Tədbirin əsas məqsədi uşaqlarda erkən yaşlardan etibarən aktiv həyat tərzi, idman sevgisi və birlik ruhunun formalaşdırılması olub. Günün sonunda iştirakçılar və ailələr ənənəvi “Yallı” rəqsi ilə 28 May — Müstəqillik Gününü birlikdə qeyd ediblər.

“Amburan Kids Run bizim üçün sadəcə uşaq qaçışı deyil. Bu tədbir ailələrin, uşaqların və insanların birlikdə emosiyalar paylaşdığı, sağlam həyat tərzinin təşviq olunduğu xüsusi platformadır. Biz inanırıq ki, qaçış mədəniyyəti uşaqlardan başlayır və bu cür tədbirlər gələcək nəsildə həm idman, həm də birlik mədəniyyətinin formalaşmasına töhfə verir”, — deyə Baku Pulse-un təsisçisi Yaqub Qurbanov bildirib.

Sorğu nəticələrinə əsasən Amburan Kids Run valideynlər və iştirakçılar tərəfindən çox müsbət qarşılanıb. İştirakçılar xüsusilə ailə atmosferini, musiqini, oyunları və uşaqların emosiyalarını qeyd ediblər. Tədbirin atmosferi üzrə orta qiymət 4.9/5 olub.

-
Baku, May 28, 2026 — “Amburan Kids Run,” organized by Baku Pulse at Amburan Beach, successfully took place in celebration of Azerbaijan’s Independence Day. The event brought together children, parents, and families, highlighting the values of sport, healthy living, and unity.

A total of 95 children participated in the event, including 49 boys and 46 girls. Children between the ages of 3 and 12 competed across different age categories. In addition, more than 140 parents and accompanying family members attended the event.

The running program featured specially designed distances for various age groups, with participants starting in stages throughout the morning. A warm and energetic family atmosphere was present throughout the event, with parents also joining the runs and entertainment activities alongside their children.

The entertainment program included music performances, animator-led games, interactive activities, and dedicated children’s zones. Fruits, sweets, and relaxation areas were organized for participants. The open-air atmosphere of the Caspian seaside, combined with the beach and sea views, added a unique lifestyle and recreational dimension to the event.

The main objective of the event was to encourage an active lifestyle, love for sports, and a sense of unity among children from an early age. At the end of the day, participants and families celebrated Independence Day together with the traditional Azerbaijani “Yalli” dance.

“Amburan Kids Run is more than just a children’s race for us. It is a special platform where families, children, and communities come together to share emotions and promote a healthy lifestyle. We believe that running culture begins with children, and events like this contribute to shaping both a sports culture and a spirit of unity for future generations,” said Yaqub Qurbanov, founder of Baku Pulse.

According to survey results, Amburan Kids Run received very positive feedback from participants and parents. Families especially highlighted the atmosphere, music, games, and children’s emotions throughout the event. The average atmosphere rating reached 4.9/5
2026-05-31 14:44